Qız özünü avtomobilin altına atdı

Qız özünü avtomobilin altına atdı

26 Oktyabr 2017 09:20
Bəyəndim (0) Bəyənmədim (0)

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Mediainfo.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Məlumata görə, 2005-ci il təvəllüdlü rayon sakini Abbasova Aysel Şahin qızı anası ilə yol kənarında gedərkən qəfil özünü "Qazel" markalı yük avtomobilinin qarşısına atıb.

O, müxtəlif bədən xəsarətləri ilə dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.