Hüseyn avropalı qızı qrup halında zorlanmaqdan qurtardı

Hüseyn avropalı qızı qrup halında zorlanmaqdan qurtardı

24 Oktyabr 2017 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyada 25 yaşlı qadını qrup şəklində zorlanmaqdan qaçqın müsəlman kişi xilas edib.

Moderator.az yazır ki, bu haqda Pakistanın ingilsdilli "Samaa.TV" kanalı məlumat yayıb. Qayya Quarnotta adlı italyan qız gecə saat 23:30-da Florensiya küçələrindən keçməli olub. Bu zaman onun qarşısını bir neçə sərxoş cavan kəsərək öncə selfi çəkdirməyi, sonra isə birlikdə vaxt keçirməyi tələb ediblər: "Gedək, sənə göstərərik, bizimlə təkbətək necə gözəl gecə keçirə bilərsən". Qadının heç nə cavab vermədiyinə daha da qəzəblənən əyyaşlar onu söyməyə, üzərinə tüpürməyə başlayıb və özləri ilə aparmağa cəhd ediblər. Lakin bu zaman küçədə gül satışıyla məşğul olan Benqal əsilli müsəlman miqrant Hüseyn Alyamgir zərif cinsin nümayəndəsinə qarşı zorakılığa biganə qala bilməyb. O, cəsarətlə sərxoş cavanların üzərinə yeriyib və onların söyüşlərinə, müqavimət göstərmələrinə rəğmən Qayyanı əllərindən qurtarmağı bacarıb.

"Əgər həmin gecə Hüseyn gəlib çıxmasaydı, indi mən sizə bu olayı nəql edə bilməzdim. Mən Hüseynə öz fotomu bağışladım ki, o, bir dəfə gecə İtaliyada xilas etdiyi qızın simasını xatırlasın"-deyə jurnalistlərlə söhbətində 25 yaşlı italyan qadın bildirib.