Şamaxıda yük maşını naxırın üstündən keçdi

Şamaxıda yük maşını naxırın üstündən keçdi

24 Oktyabr 2017 13:52
168
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı rayonunda iribuynuzlu heyvanların kütləvi tələf olması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şamaxı-Göylər-Padarçöl yolunda qeydə alınıb.

90-JD-527 dövlət nömrə nişanlı, "SHACMAN" markalı yük avtomobili yoldan keçən, Göylər kənd sakinlərinə məxsus 16 baş iribuynuzlu heyvanı vurub. Hadisə zamanı yük avtomobilinin altında qalan inəklərdən 8-i ölüb, 8-i xəsarət alıb. Kəndlilərə ümumilikdə 15 min manat maddi ziyan dəydiyi bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.