Azərbaycanda dializ xəstələrinin sayı çoxalıb

Azərbaycanda dializ xəstələrinin sayı çoxalıb

23 Oktyabr 2017 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda respublikanın 38 dializ mərkəzində 3356 xəstə hemodializ müalicəsinə cəlb olunub. Bunu Lent.az-a M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib. Onun sözlərinə görə, onlardan 1600 nəfəri Bakıda, 1856 nəfəri isə regionlarda hemodializ qəbul edir. Xəstələrin 90,2%-i dializ müalicəsinə arterio-venoz fistula yolu ilə, 2%-i 2 yollu damar(körpücükaltı, yuqulyar) kateri ilə, 2.5 %-i isə permanent kateterlə qoşulur.

F. Babayev deyib ki, hemodializ müalicəsinə cəlb olun ən kiçik xəstənin 9, ən yaşlı xəstənin isə 82 yaşı var.

Qeyd edək ki, ötən ilin 9 ayında hemodializ müalicəsinə cəlb olunana xəstələrin sayı 3100 olub.