Ermənilərin "donuz" oyunu

Ermənilərin "donuz" oyunu

18 Aprel 2011 10:50
Bəyəndim (0) Bəyənmədim (0)
Türklərin səbr kasası daşdı

"Araz" çayının sərhədində yerləşən Iğdıra bağlı Tuzluca mahalı ermənilərin əlindən cana yığılıb. Belə ki, ermənilər od-alov qalayaraq, dünəndən etibarən çöl donuzlarının türk tərəfinə üz alması üçün "yaşıl işıq" yandırıblar. Çöl donuzlarının mahalın kənd təsərrüfatına xeyli ziyan vurduğu, sakinləri qorxutduğu üçün qərara gəlinib ki, birlikdə ova başlanılsın.

Sərhəd kəndlərin vətəndaşları gecə-gündüz əllərində silahla növbə tuturlar. Sakinlərə dəstək olmaq üçün yollara düşən ovçular böyük ova başlayıblar. 30 donuzluq sürünün axtarışında olan kəndlilər onlardan yalnız 3-nü vurmağa müvəffəq olublar. Donuzların hücumlarından qorxduqları üçün tarlalarına gedə bilməyən sakinlər böyük ovun davam etməsinin tərəfdarı oldular. Onların fikrincə, ermənilər bilərəkdən türklərə ziyan vurmaq üçün yanğın çıxarmış, nəticədə donuzlar Türkiyə tərəfinə qaçmışlar.

Erməni donuzları bilərəkdən Türkiyə tərəfə keçirlər. Məqsəd 24 aprel "soyqırımı" günü donuzların soyqırıma məruz qaldıqlarını dünyaya bəyan etməkdir.

Günel Həbib

O.M.