Bakıda avtobus piyadanı vuraraq öldürdü

Bakıda avtobus piyadanı vuraraq öldürdü

23 Oktyabr 2017 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda avtobus piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 21-də saat 19.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əli Səmədov idarə etdiyi "Daewoo" markalı avtobusla yolun kənarında dayanmış 50-55 yaşlı qadını vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.