Yaponiyada "Lan" fəlakəti - 5 ölü, 85 yaralı

Yaponiyada "Lan" fəlakəti - 5 ölü, 85 yaralı

23 Oktyabr 2017 10:49
251
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın üzləşdiyi "Lan" qasırğası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Trend-in məlumatına görə, daha 85 nəfərin isə qasırğa nəticəsində müxtəlif xəsarətlər aldığı bildirilib.

Fukuoka şəhərində 63 yaşlı kişi üzərinə ağac aşması nəticəsində ölüb. Kisivada şəhərində isə bir qadın sel sularında qərq olan avtomobilin içində ölüb.

Fukusima prefekturasında 81 min sakin təxliyə barədə xəbərdarlıq alıb.

Qasırğa adada böyük dağıntılara da səbəb olub. Əksər evlərin damı güclü külək nəticəsində uçub, aramsız yağışlar subasmalara və daşqınlara səbəb olub, telefon xətləri qırılıb.

Güclü qasırğa dəmiryolu qatarlarının hərəkətinə və aerportun işinə də xələl gətirib.

Son məlumata görə, adada küləyin sürəti saatda 162 kilometrə çatır.