Bibiheybət yolunda hərəkət məhdudlaşdırılacaq

Bibiheybət yolunda hərəkət məhdudlaşdırılacaq

20 Oktyabr 2017 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Nəqliyyat Agentliyi (BNA) Bibiheybət yolunun (Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər olan hissə) yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədi ilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkətini qismən məhdudlaşdıracaq.

Bu barədə agentlikdən "Report"a daxil olan məlumatda bildirilib.

"Rənglənmə işlərinin saat 18:00-a qədər yekunlaşdırılması nəzərədə tutulur. Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur",- deyə BNA xəbərdarlıq edib.