ABŞ təbii fəlakət qarşısında aciz qalıb

ABŞ təbii fəlakət qarşısında aciz qalıb

18 Aprel 2011 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Güclü cənub siklonu ABŞ-da 45 nəfərin həyatına son qoyub. Qasırğa Şimali Karolina, Oklahoma və Virciniya ştatında böyük dağıntılara səbəb olub.

Qasırğa sel, yağış, dolu və küləyin gətirdiyi məişət tullantıları ilə müşahidə olunub.

Şahidlərin sözlərinə görə, əvvəlcə külək və yağış şəklində olan qasırğa birdən birə böyümüş, spiralvarı burularaq evləri, maşınları öz cənginə almışdır.

Qasırğa səbəbi ilə insanlara evlərindən çıxmamaq tapşırılıb. Bəzi insanlar isə müvəqqəti sığınacaqlara köçürülüblər.

Minlərlə insanın dağıntı səbəbindən evsiz eşiksiz qaldığı, elektrik xətlərinin qırıldığı, rabitənin isə kəsildiyi bildirilib. ABŞ iqtisadiyyatına milyonlarla dollar ziyan dəydiyi açıqlanıb.

Biz təbii fəlakətdən əziyyət çəkən insanlara acısaq da, ABŞ iqtisadiyyatına dəymiş ziyanın təbii olduğunu düşünürük.

Elvin Babayev

O.M.