Hindistanda nəqliyyat deposu uçdu - 8 nəfər öldü

Hindistanda nəqliyyat deposu uçdu - 8 nəfər öldü

20 Oktyabr 2017 10:09
272
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın Tamilənd ştatında nəqliyyat deposunun uçulması nəticəsində 8 nəfər həlak olub, daha 3 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə Porayar yaşayış məntəqəsi yaxınlığında gecə saatlarında baş verib.

Hadisə zamanı depoda yalnız növbədən qayıtmış avtobus sürcülərinin, konduktorların olduğu bildirilir.

Deponun hansı səbəbdən dağılması ilə bağlı dəqiq məlumat yoxdur. Polisin ilkin ehtimalına görə, səbəb son günlər ştatda yağan aramsız yağışlar ola bilər. Belə ki, güclü yağışlardan sonra torpaqda sürüşümələr baş verib.

Bununla belə depo yerləşən binanın 60 illik tarixi olduğu da vurğulanır, belə ki, bina 1952-ci ildə tikilib.