Gürcüstanda deputatlığa azərbaycanlı namizəd güllələndi

Gürcüstanda deputatlığa azərbaycanlı namizəd güllələndi

20 Oktyabr 2017 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Qızılhacılı kəndində daha bir nəfərin yaralandığı məlum olub.

Oktyabrın 19-da saat 22:41-də Marneulinin Qızılhacılı kəndində, M.K.Atatürk küçəsində yerləşən seçki qərargahının önündə baş verən hadisədə daha bir nəfər güllə yarası alıb.

Oxu.Az Gaxa.ge-yə istinadən xəbər verir ki, kənd sakini Elmar Hüseynov da sol ayaq nahiyəsindən yaralanıb. Güllə yarası alanların beşi də Qızılhacılı sakinləridir. Ceyhun Çovdarov, Vüqar Bayramov, Azad Çobanov, Anar Məmişov və Elmar Hüseynov hazırda Marneulidəki xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, yüngül yaralanan kənd sakini Anar Məmişov evə buraxılıb. Hazırda yaralıların vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Marneuli polis idarəsi araşdırma aparır. Hələlik baş verən hadisənin səbəbləri haqqında məlumat verilmir.