“Azəravtoyol”dan sürücülərə XƏBƏRDARLIQ

“Azəravtoyol”dan sürücülərə XƏBƏRDARLIQ

18 Oktyabr 2017 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

"Azəravtoyol" ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

ASC-dən Mediainfo.Az-a verilən məlumata görə, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 11-71-ci kilometrlik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq, sürücülərdən diqqətli olmaları xahiş olunur.