İraqı da üsyan dalğası bürüyüb

İraqı da üsyan dalğası bürüyüb

18 Aprel 2011 10:15
982
Bəyəndim (0) Bəyənmədim (0)

İraqda da üsyanlar baş qaldırıb. İraqın Süleymaniyə şəhərində keçirilən etiraz aksiyası qanla bitib.

Belə ki, İraq polisi hökumətə qarşı keçirilən aksiyada silahdan istifadə edib. Polis kənardan kütləyə odlu silahdan atəş açıb, 35 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, əvvəlcə havaya atəş açan polislər daha sonra silahı xalqa tuşlayıblar. Rəsmi məlumatlarda 7 nəfərin yaralandığı bildirilsə də, faktiki 35 nəfər insan ağır xəsarət alıb. Yaralı sayının çoxluğuna atılan güllər yox, gözyaşardıcı qaz və daşlar səbəb olub.

Qeyd edək ki, yaralananlardan ikisi hadisələri lentə alan jurnalistlər olub.

Sovet vaxtı belə bir deyim var idi: "Mənim milisim məni qoruyur." Görəsən, İraq polisi kimi qoruyur?!.

Elvin Babayev

O.M.