Hindistanda buna uçdu - 6 nəfər dağıntılar altında öldü

Hindistanda buna uçdu - 6 nəfər dağıntılar altında öldü

16 Oktyabr 2017 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın Baqolor şəhərində 3 mərtəbəli yaşayış binası uçulub.

Trend-in məlumatına görə, Karnatak ştatının daxili işlər naziri Ramalinq Reddi bildirib ki, dağıntılar altında azı 6 nəfər ölüb.

İnsident səhər saatlarında baş verib.

Daha öncə binanın qaz balonunun partlamasından sonra uçulması barədə informasiyalar yayılsa da, daha sonra bu xəbər təkzib edilib.

Hazırda hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadası işləyir. Dağıntılar altında hələ də qalanların olması ehtimal edirlir. Bu səbəbdən ölən və yaralananların sayının artacağı istisna edilmir.