Bakıda iki avtomobil toqquşdu - Ölən və yaralanan var

Bakıda iki avtomobil toqquşdu - Ölən və yaralanan var

16 Oktyabr 2017 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda iki avtomobilin toqquşması zamanı ölən olub.

APA-nın xəbərinə görə, hadisə Sabunçu rayonu ərazisində baş verib.

Kürdəxanı-Pirşağı yolunda qeydə alınmış yol nəqliyyat hadisəsində "Toyota" və "İj 2715" (Moskviç) markalı minik maşınları toqquşub. Avtoqəzanın yolötürücü dairədə baş verdiyi bildirilir. İlkin ehtimala görə, "Moskviç"in sürücüsü dairəyə daxil olarkən digər nəqliyyat vasitələrini gözləməyib və yüksək sürətlə hərəkət edən "Toyota" markalı avtomobilin qarşısına çıxıb.

Toqquşma nəticəsində "Moskviç"in sürücüsü 1963-cü il təvəllüdlü Hüseynov Tofiq Şahverdi oğlu dünyasını dəyişib, onun sərnişini 1970-ci il təvəllüdlü Babayev Mürsəl Xanlar oğlu isə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəblərini Sabunçu polisi araşdırır.