Nazirlik əhaliyə xəbərdarlıq etdi: qarşıdakı günlərdə...

Nazirlik əhaliyə xəbərdarlıq etdi: qarşıdakı günlərdə...

14 Oktyabr 2017 20:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Lent.az xəbər verir ki, xəbərdarlıqda oktyabrın 16-sı gündüzdən, 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı qeyd edilib.

Bildirilir ki, bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.