Prezident hamamda burnunu sındırdı

Prezident hamamda burnunu sındırdı

14 Oktyabr 2017 20:35
Bəyəndim (0) Bəyənmədim (0)

İslandiya Prezidenti Qvyudni Yohannesson xəstəxanaya düşüb.

Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, o bu barədə rəsmi Feysbuk hesabında məlumat verib.

Prezident deyib ki, hamamda çimərkən qəfildən ayağı sürüşüb və burnunu sındırıb.

Hadisədən sonra prezident huşunu itirib və su dolu vannaya yıxılıb. Yohannessonun evindəki qulluqçular dərhal ona yardım edib və xəstəxanaya çatdırıblar.

Hazırda 48 yaşlı prezidentin vəziyyətinin yaxşı olduğu bildirilir.