Azərbaycanda xəstəxana partladı: 1 ölü, 7 yaralı, 26 uşaq...

Azərbaycanda xəstəxana partladı: 1 ölü, 7 yaralı, 26 uşaq...

14 Oktyabr 2017 20:22
Bəyəndim (0) Bəyənmədim (0)

Güney Azərbaycanın Qoşaçay şəhərinin Fatimeyi-Zəhra xəstəxanasında partlayış baş verib.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Yanğınsöndürmə Xidmətinin rəisi Yadigar Ləndənian hadisənin süni tənəffüs cihazında yaranmış qısaqapanmadan baş verdiyini deyib.

Uşaqlar bölümü partlayışın baş verdiyi yerə yaxın olduğu üçün 26 uşaq Abbasi xəstəxanasına köçürülüb.

Qeyd edək ki, Güney Azərbaycan şəhərlərindəki xəstəxanalar və tibbi avadanlıqlar uzun illərdir yenilənmədiyi üçün vaxtaşırı müxtəlif bədbəxt hadisələr baş verir.