Beynəlxalq Bankın daha bir vəzifəlisi məhkəmə önündə

Beynəlxalq Bankın daha bir vəzifəlisi məhkəmə önündə

12 Oktyabr 2017 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı"nın əməkdaşı, mənimsəmədə təqsirləndirilən 1985-ci il təvəllüdlü Elnur Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə baxış iclası keçirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Belə ki, E.Nağıyev "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin filiallarından birində aparıcı mütəxəssis vəzifəsində çalışarkən vəzifə saxtakarlığı edərək 19 min manat mənimsəyib.

İttihama münasibət bildirən Elnur Nağıyev özünü təqsirli bildiyini deyib. O, istintaq dövründə həmin məbləği geri ödəyib.

Buna görə də həbs edilməyib və hazırda ev dustaqlığındadır.