Bakının mərkəzində qəza: 3 yaralı

Bakının mərkəzində qəza: 3 yaralı

12 Oktyabr 2017 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 3 piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mediainfo.Az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsində "Nissan" markalı, 99 CF 186 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 3 qızı vurub.

Müxtəlif dərəcəli xəsarət alan 22-23 yaşlı qızlar xəstəxanaya aparılıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.