Nərgizin maşınına hücum etdilər - 4 minlik ziyan

Nərgizin maşınına hücum etdilər - 4 minlik ziyan

11 Oktyabr 2017 15:30
207
Bəyəndim (0) Bəyənmədim (0)

ATV-də yayımlanan "Laləli saray" serialının əsas qəhrəmanlarından biri olan Nərgiz Əliyevanın başına iş gəlib.

Bir neçə gün bundan əvvəl aktrisanın avtomobilinə bir qrup şəxs hücum edib.

Əliyevanın "Jeep Wrangler" markalı avtomobilinin şüşələri sındırılaraq içərisindən dəyərli əşyalar və pul oğurlanıb.

Hadisə ilə bağlı N. Əliyeva "Qafqazinfo"ya açıqlama verib. O, 4 min manatdan artıq ziyana düşdüyünü qeyd edib.

Aktrisa artıq polis şöbəsinə də müraciət edib:

"Olay "5 Mərtəbə" tərəfdə, evimin yaxınlığındakı gözəllik salonunun qarşısında baş verib. Bu ayın 6-sı axşam saatlarında naməlum şəxslər maşınıma hücum edib. 1500 dollarlıq (2550 AZN) çantam, 1000 manatlıq ayaqqabım və çantamın içərisində olan 550 AZN götürülüb. Yasamal rayonu 27-ci polis bölməsinə müraciət etmişəm, axtarışdadırlar". /qafqazinfo