Suriyada hökumətə qarşı nümayişlər davam edir

Suriyada hökumətə qarşı nümayişlər davam edir

18 Aprel 2011 09:39
1 059
Bəyəndim (0) Bəyənmədim (0)
Prezident geri addım atıb

Suriyada hökumәtə qarşı hәftәlәrdәn bәri davam edәn nümayişlər bәhrәsini verib.

Suriyanın dövlət başçısı Bəşər Әsәd ölkәsindәki islahat tәlәblәrinә cavab olaraq yeni addım atıb vә 1963-cü ildәn bәri davam edәn fövqәladә vәziyyәt rejiminin bir hәftә әrzindә lәğv edilmәsi әmrini verib.

Prezident Bəşər Әsәd, yeni kabinetin ötәn hәftә keçirilәn iclasında çıxışı zamanı qeyd edib ki, xalqın istәklәrinә cavab verilmәli, hökumәtlә hәmkarlar ittifaqları arasında danışıqlar aparılmalıdır.

Hәlә dә hökumәtlә xalq arasında arzu edilәn dialoqun olmadığını deyәn dövlәt başçısı dәyişikliklәrlә ölkәnin birlik və bәrabәrliyinin güclәnәcәyini vurğulayıb.

Ölkәnin dәyişikliklәrlә ayaqlaşmasına ehtiyac olduğunu ifadә edәn Әsәd, "islahatlar planlı şәkildә hәyata keçirilmәlidir" deyib.

Buna deyərlər, toydan sonra nağara. Nağaranın səsi hələ çox çıxacaq...

Elvin Babayev

O.M.