Səhiyyə naziri şagirdlərlə bağlı əmr imzaladı

Səhiyyə naziri şagirdlərlə bağlı əmr imzaladı

10 Oktyabr 2017 13:59
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə naziri Oqtay Şirəliyev "Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə" əmr imzalayıb.

Trend-in məlumatına görə, sənəd "Azərbaycan Respublikasında 2017-2020-ci llərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya"ya uyğun olaraq, Ümumdünya SəhiyyəTəşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.

Əmrə əsasən, 15 oktyabr - 15 noyabr 2017-ci il tarixlərində respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.

Sənəddə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün müvafiq təşkilatı işlərin görülməsi tapşırılır.