"Azercell" şəbəkədəki problemə aydınlıq gətirdi

"Azercell" şəbəkədəki problemə aydınlıq gətirdi

10 Oktyabr 2017 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

"Azercell" mobil operatoru bazar ertəsi səhər saatlarından etibarən şəbəkədə yaranan nazaslığı aradan qaldırır.

Bu barədə Trend-ə şirkətdən deyiblər.

Qeyd olunub ki, texniki problem səbəbindən bir sıra abonentlərdə səs rabitə xidməti ilə bağlı pozuntular müşahidə olunub.

Yaranmış problem bəzi avadanlıqların işi ilə əlaqələndirilir və müvəqqəti xarakter daşıdığı bildirilir. Şəbəkədəli nasazlıq yalnız Bakıda qeydə alınıb:

"Hazırda mühəndislərimiz problemin aradan qaldırılması ilə məşğuldurlar. Şəbəkənin işi yaxın vaxtlarda bərpa olunacaq".