Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda yeni medal təsis edilir

10 Oktyabr 2017 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı təsis edilir.

Report xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı təsis olunur.

Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər.