ABŞ-da polis zabitini öldürən tələbə saxlanıldı

ABŞ-da polis zabitini öldürən tələbə saxlanıldı

10 Oktyabr 2017 09:08
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Lebbok şəhərində, universitetdə odlu silahdan atəş açaraq polis zabitini qətlə yetirən şəxs saxlanılıb.

Mediainfo.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Texas Texnologiya Universitetinin məlumatında bildirilir.

Məlumata görə, universitetin polis məntəqəsində atəş açan şəxs 19 yaşlı tələbə Hollis Denielsdir.

Cinayətin motivləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl yoxlama üçün universitetin ərazisindəki polis məntəqəsinə gətirilən tələbə asayiş keşikçilərinə atəş aşaraq qaçıb. İnsident nəticəsində bir polis zabiti ölüb.