Almaniyada qasırğa nəticəsində 7 nəfər ölüb

Almaniyada qasırğa nəticəsində 7 nəfər ölüb

6 Oktyabr 2017 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada "Xavier" qasırğası nəticəsində 7 nəfər ölüb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Meteoroloji Xidməti məlumat yayıb.

Berlindən ölkənin şimal, cənub və şərq istiqamətində sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Qasırğa Berlin və Brandenburq əyalətlərində daha güclü olub.

Polis Brandenburqda 4, Hamburqda 1, Berlində 1, Mecklenburg-Vorpommerndə 1 nəfərin öldüyünü bildirib.

Qasırğanın sürəti saatda 180 km olub.