Rusiyada avtobus qatarla toqquşdu, ölənlər var

Rusiyada avtobus qatarla toqquşdu, ölənlər var

6 Oktyabr 2017 09:06
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində azı 17 nəfər ölüb.

APA-nın verdiyi xəbərə görə, qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.

Qazaxıstandan gələn avtobusda 56 nəfərin olduğu bildirilir. Qəza yerli vaxtla saat 03.30-da (Bakı vaxtı ilə 04.30-da) baş verib. Məlumata görə, avtobusdakı sərnişinlər Özbəkistan vətəndaşları olub.