Mühasirədə qalmış sakinlər kömək gözləyir

Mühasirədə qalmış sakinlər kömək gözləyir

5 Oktyabr 2017 17:38
Bəyəndim (0) Bəyənmədim (0)

Yağışın yağması ilə bütün problemləri üzə çıxan "gözəl şəhərimiz" Xırdalanda yağış kəssə də, onun fəsadları, sadə vətəndaşlara vurduğu ziyanlar bitmək bilmir.

Xırdalan şəhəri "Yoncalıq massivi"ndə 6 mərtəbəli yaşayış binasının sakinləri dünən axşamdan evdən çölə çıxa bilmir, çöldəkilər isə evlərinə girə bilmirlər. Belə ki, dünən səhər kanalizasiya sisteminin sıradan çıxması nəticəsində ətraf ərazilərdə sözün əsl mənasında böyük bir göl əmələ gəlib. Binanın giriş-çıxış hissəsi tamamilə dərin suyun altında qalıb. Nə maşınlar gələ bilir, nə də çıxa bilir. Bütün aidiyyatı qurumlara zəng edilsə də, hələ də heç bir tədbir görülmür, əksinə suyun səviyyəsi daha da artır.

Fövqəladə Hallar Nazirliyi, Abşeron Su Kanal İdarəsi, Xırdalan şəhər İcra nümayəndəliyi görəsən "blokadada" qalmış sakinlərə niyə kömək etmək istəmir? Niyə bu xalqın dərdi heç kimi maraqlandırmır? Bu vəziyyət nə vaxta qədər davam edəcək? Bütün sakinlərin adından tələb edirik ki, bu məsələ aidiyyatı orqanların nəzarətinə keçsin.

Osman Eminov/Moderator.az