Rusiyada yenə bomba həyəcanı - Nazirliklər təxliyə olundu

Rusiyada yenə bomba həyəcanı - Nazirliklər təxliyə olundu

4 Oktyabr 2017 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Çelyabinsk vilayətində yerli hökumət binası, eləcə də bir sıra regional nazirliklər təxliyə edilib

Trend-in məlumatına görə, buna səbəb bu binalara bomba qoyulması ilə bağlı anonim zəng olub.

Məlumatda qeyd olunur ki, təxliyə olunan binalarda Təhsil və Elm, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət Nazirlikləri yerləşir.

Təxliyədən sonra binalarda axtarışlar aparılıb.