Türkiyədə PARTLAYIŞ - 4 hərbçi öldü

Türkiyədə PARTLAYIŞ - 4 hərbçi öldü

4 Oktyabr 2017 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Hakkari vilayətində partlayış törədilib. Trend-in məlumatına görə, partlayış nəticəsində 4 hərbçinin həlak olması, daha 4 nəfərin yaralanması barədə xəbər verilib.

Qeyd olunur ki, hadisə Yüksekova rayonunda patrul xidməti zamanı baş verib.

Hazırda partlayışı törədənlərin axtarışı və zərərsizləşdirilməsi üçün əməliyyat başlayıb.

Partlayışı PKK terror təşkilatının törətdiyi bildirilir.