Deputat Fəzail Ağamalının oğlu avtomobillə adam vurdu

Deputat Fəzail Ağamalının oğlu avtomobillə adam vurdu

3 Oktyabr 2017 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mediainfo.Az Report-a istinadla xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Azərbaycan Tibb Universitetinin qabağında idarə etdiyi "Jeep" markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlüNurullayev Qərib Şakir oğlunu vurub.

Nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.

Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.