Ukraynada dəhşətli yanğında ölən azərbaycanlılar barədə YENİ XƏBƏR

Ukraynada dəhşətli yanğında ölən azərbaycanlılar barədə YENİ XƏBƏR

2 Oktyabr 2017 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada baş verən dəhşətli yanğında ölən azərbaycanlılardan biri Ağdaş, biri Cəlilabad, ikisi isə Sabirabad rayonunun sakinləri olub. Bu barədə Lent.az-a Ukrayna-Azərbaycan Birləşmiş Diasporunun regional təşkilat sədri Həbib Həsənli məlumat verib.

O bildirib ki, ölənlərdən üç nəfəri yanğın zamanı tüstündən boğularaq dünyasını dəyişib. Bir nəfər isə faciəvi hadisədə tamamilə yanıb.

Xatırladaq ki, Ukraynanın Zaparojye şəhərində 4 Azərbaycan vətəndaşı yanıb. Hadisə şəhərdəki "Anqolenka" bazarındakı hosteldə baş verib. Məlumata görə, onlardan biri Bakı şəhər sakinidir. O, bu yaxınlarda vətənə qayıtmalıymış.

Hadisə zamanı həlak olanlardan biri isə hostelin gözətçidir.