Las-Veqasda atışmada ölənlərin sayı 50-ni ötüb

Las-Veqasda atışmada ölənlərin sayı 50-ni ötüb

2 Oktyabr 2017 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib.

APA-nın məlumatına görə, 200 nəfərdən çox insan yaralanıb.

Polis hadisəni törədən 64 yaşlı yerli sakin, Stiven Paddoku zərərsizləşdirib

S. Paddok "Mandalay Bay" Hotelin 32-ci mərtəbəsindən açıq havada keçirilən festivalın iştirakçılarına atəş açıb.

Hazırda polis hadisəni törədən şəxsin qadın tanışını axtarır. Meri Lu Denli adlı qadının S. Paddokla əlbir olduğu ehtimal edilir.