Azərbaycanda ev də yandı, maşın da aşdı

Azərbaycanda ev də yandı, maşın da aşdı

16 Aprel 2011 16:50
Bəyəndim (0) Bəyənmədim (0)
Son fövqəladə vəziyyət haqqında...

16 aprel, saat 09.00-dək Azərbaycan Respublikası ərazisində baş vermiş fövqəladə vəziyyətlərdən sizi agah edirik. FHN-dən "Oxumeni.az"a verilən məlumata görə:

1. Bərdə rayonu, Alaçadırlı kəndində (rayon mərkəzindən 8 km aralı) yerləşən dördmərtəbəli beton zavodunun 4-cü mərtəbəsində ümumi sahəsi 78 kv.m olan 3 otaqlı mənzilin pəncərə çərçivəsinin yanar konstruksiyaları 2 kv.m və əşyalar 3 kv.m sahədə yanmış, 2 nəfər xəsarət almışdır. Yaralılara Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilmişdir. Yanğın saat 10:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

2. Bakı şəhəri, Nəsimi rayonunda yaşlı qadının mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən həmin mənzilə 4-cü mərtəbədəki mənzilin eyvanından daxil olmuş və giriş qapısını içəri tərəfdən açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış yaşlı qadın xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:03-də başa çatmışdır;

3. Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan tövlənin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanmışdır. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

4. Ağcabədi rayonu, Avşar kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 0,4 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

5. Ağsu rayonu, Suraxanı kəndində (rayon mərkəzindən 40 km aralı) Ağsu Kənd Bələdiyyəsinə məxsus ərazidə 1 ha sahədə kol-kos yanmışdır. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

6. Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 uşağın mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən həmin mənzilə 4-cü mərtəbədəki mənzilin eyvanından daxil olmuş və giriş qapısını içəri tərəfdən açmışlar. Bununla da zərərçəkmişlərə müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 23:04-də başa çatmışdır;

7. Bakı şəhəri, Binəqədi rayonunda "VAZ" markalı minik avtomobili aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı həmin avtomobildə olan 2 nəfər xəsarət almışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 06:58-də başa çatmışdır.

Deyirlər, ehtiyat igidin yaraşığıdır. Hər zaman hər yerdə ehtiyatlı olun ki, yaraşığınıza kölgə düşməsin.

Həbib Şahməmmədov

O.M.