Qəddafi üsyançıları məhv etmək üzrədir

Qəddafi üsyançıları məhv etmək üzrədir

16 Aprel 2011 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

16 Aprel səhər saatlarınadək dünyada baş vermiş hadisələr Reuters xəbər agentliyinin qısa təqdimatında:


Qüds - Cümə günü İsrail qoşunları fələstinlilərin raket zərbələrinə cavab olaraq Qəzza zolağını havadan bombaladı. Bu xəbəri İsrail rəsmi mənbələri təsdiq edirlər.


Dxaramsale - Dalaylama Tibet məbədində rahiblər arasında baş qaldırmış narazılıqdan narahatdır. O, bütpərəst həmkarlarını təmkinli olmağa səsləyir. Eyni zamanda Çinin cənub-qərbində yerləşən məbəddə yerli vaxtla saat 01:32 radələrində rahibin özünü yandırmağı ilə bağlı bu ölkənin hüquq mühafizə orqanları ilə məbəd arasında yarana biləcək problemlərdən əndişəlidir. O, bütpərəstləri sakitliyə dəvət edir.

Əlcəzair - Prezident Abdeləziz Buteflika cümə günü bəyan etmişdir ki, sərbəst seçkilər, konstitusiyada düzəlişlər və tutulmuş jurnalistlərin azad olması ilə bağlı tezliklə tədbirlər görüləcək.

Tripoli - Qəddafi qüvvələri üsyançıların paytaxtı Misratanın mərkəzinə doğru irəliləyirlər.

Alyans ölkələri isə diktatorun təcili devrilməsini istəyir.


O.M.