Bu dəqiqələrdə Bakıda avtomobil qəzası baş verdi

Bu dəqiqələrdə Bakıda avtomobil qəzası baş verdi

16 Aprel 2011 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

"Yeganə" şadlıq sarayının yaxınlığında təxminən 5 dəqiqə bundan əvvəl avtomobil qəzası baş verib. "Azsamand" - "10-JU-973" dövlət nömrə nişanlı maşınla "VAZ2107" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilə ziyan dəyib. Hadisə yerinə gələn polis işçiləri araşdırma aparır. Qəzaya hansı avtomobilin səbəb olduğu isə çox güman ki, avto-texniki ekspertizadan sonra bəlli olacaq.

Şübhə etmirik ki, təqsirkar sürücüyə elə şadlıq sarayının qarşısında toy tuturlar.

Murad Ramazan

O.M.