Ən yeni xəbərlər

Ən yeni xəbərlər

16 Aprel 2011 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarınadək baş vermiş hadisələrin qısa məzmunu France-Pressenin gözü ilə...


16 Aprel 2011, yerli vaxtla saat 07:58


Cəlalabad
- Əfqan hərbi bazasına terrorçu-kamikadzelərin hücumu zamanı 4 nəfər ölmüş, 8 nəfər ağır yaralanmışdır. Hadisə bu gün sübh tezdən ölkənin şərqində yerləşən Cəlalabad şəhərində baş verib.

Vaşinqton - G-20 ölkələri cümə günü birgə bəyanatda bildiriblər ki, qlobal enerji ehtiyacını ödəmək üçün dünyada kifayət qədər ehtiyat tutumu var. .


15 aprel 2011, yerli vaxtla saat 18:48

Paris - Fransa daxili işlər naziri Klod Quant cümə günü bəyan edib ki, hər il bu ölkəyə leqal yollarla gələn və yaşamaq izni alan 200 min əcnəbinin sayını 180 minə qədər azaltmaq fikrindədir. O, bu qərarını avropalı olmayan emiqrantların 24 % nin işsiz yaşadıqları və iş axtarmaq niyyətində olmadıqları ilə izah edir.


Xatırladaq ki, Fransa əhalisinin 19 % i, yəni 11,5 milyonu emiqrantlardan və onların törəmələrindən ibarətdir. Hər il bu ölkəyə orta hesabla 180-200 min qanuni emiqrant daxil olur.


O.M.