Liviya prezidenti Britaniyaya xəlvəti elçi göndərib

Liviya prezidenti Britaniyaya xəlvəti elçi göndərib

4 Aprel 2011 02:23
Bəyəndim (0) Bəyənmədim (0)
Diktator vəzifədən fəsadsız getməyin yollarını axtarır


Bildiyiniz kimi, Liviya prezidenti bir neçə gün əvvəl gizli elçisini Böyük Britaniyaya göndərmişdi. Mohammad İsmayıl adlı elçi həmçinin Kəddafinin oğlu Seyf əl İslamın köməkçisidir. Bu, NATO hücumlarından sonra rəsmi Tripolinin sayca birinci elçiliyi deyil. Bunda əvvəl də ABŞ-ın dövlət katibi Hillari Klinton diktatorun dəfələrlə onunla görüşə adamlar göndərdiyini bildirmişdi. Analitiklərin fikrincə, polkovnik Kəddafi vəzifədən fəsadsız getməyin yollarını axtarır.

"The Guardian" qəzetinin bu gücə yaydığı son məlumata görə, Avropa liderləri Kəddafinin vəzifədən könüllü surətdə gedəcəyi təqdirdə, onun məhkəməyə verilməyəcəyinə təminat vermək üçün ilkin razılığa gəliblər.

O.M.