Həmyerlimizi bıçaqlayan ermənini dövlət müdafiə etdi

Həmyerlimizi bıçaqlayan ermənini dövlət müdafiə etdi

5 Oktyabr 2011 13:39
Bəyəndim (0) Bəyənmədim (0)
"Krestı" təcridxanasında saxlanılan caninin həbs müddəti uzadıldı

Peterburqun "Krestı" təcridxanasında 22 yaşlı azərbaycanlını bıçaqla ağıq yaralamış erməni saxlanılır. Qəribədir ki, onun müdafiəsinə ermənilərin "Milli-Mədəni Muxtariyyət" cəmiyyəti və Ermənistanın Rusiya səfirliyinin Baş konsulluğu qalxıb. Rusiyanın "Komsomolskaya pravda" qəzetinin yazdığına görə, bu ilin 4 iyun günü Rusiya-Ermənistan futbol matçı zamanı Kupçinskaya küçəsində yerləşən azərbaycanlılara aid "Natali" kafesində bir qrup qafqazlı toplaşmışdı. Onların arasında ermənilər də var idi. Onlar bilərəkdən azərbaycanlılara sataşdılar və söhbət kafenin kənarında əlbəyaxa davaya çevrildi. Münaqişə zamanı 3 erməni 22 yaşlı Fərid Nəfmədovu mühasirəyə alaraq arxadan bıçaqladı. Canilər hadisə yerindən uzaqlaşsalar da, 4 gündən sonra milis əməkdaşları Alivoryan qardaşlarının evinə gəldilər. Onlar azərbaycanlıya xəsarət yetirməkdə şübhəli bilinən 28 yaşlı Gevork Alivoryanı ərazi üzrə 41-ci bölməyə apardılar. Cani bölmədə günahını yazılı şəkildə etiraf etdi. Doğrudur, zərərçəkmiş xəsarət yetirənin məhz o olduğunu nə təsdiq, nə də inkar edir. Şahid ifadələrinə və digər istintaq dəlillərinə əsaslanan polis isə məhkəmə qarşısında vəsatət qaldıraraq erməninin həbs müddətini uzadıb. "Maraqlıdır ki, ermənilər kriminal münaqişəni beynəlxalq böhrana çevirmək istəyirlər" - deyə "Komsomolskaya pravda" yazır.

Şəkildə gördüyünüz caninin müdafiəsinə Ermənistan dövləti və onun "Milli-Mədəni Muxtariyyət" cəmiyyəti qalxıb. Bu isə ermənilərin kim olduğunu bir daha sübut edir...

Hafiz Əhmədov

O.M.