Dünya bu gün

Dünya bu gün

16 Aprel 2011 10:52
1 199
Bəyəndim (0) Bəyənmədim (0)
Tokioda yeni zəlzələ

Bu gün səhər saatlarınadək baş vermiş hadisələrin qısa məzmunu France-Pressein gözü ilə...


16 aprel, yerli vaxtla saat 07:08


Tokio - Şənbə günü sübh tezdən Tokio şəhərindən şimalda 5.9 ballıq zəlzələ baş verib. Tikililərin bəziləri xəsarət görüb. Bu barədə yerli NHK ictimai kanalı AFP-yə məlumat verib.


Vaşinqton - Böyük 20-lik (G-20) ölkələri Fransa daxil olmaqla 7 ölkənin iqtisadiyyatını təhlil edəcəklər. Buna səbəb həmin ölkələrin iqtisadiyyatında yaranmış disbalansdır ki, dünya iqtisadiyyatına mənfi təsir göstərir. Xəbəri cümə günü Fransanın iqtisadiyyat naziri Kristin Laqard Vaşinqtonda olarkən yayıb.


Vaşinqton - G-20 ölkələrinin maliyyə nazirləri cümə günü birgə bəyanatda bildirmişlər ki, dünya iqtisadiyyatında yaranmış disbalansı aradan götürmək üçün "əsas prinsiplər" üzrə razılıq əldə olunub.


Roma - Almaniya metallurgiya şirkətinin İtaliyada fəaliyyət göstərən şöbəsinin direktoru cümə günü Turin məhkəməsinin hökmü ilə 16.5 il həbs cəzası aldı. Buna səbəb 2007-ci ildə İtaliyanın Turin şəhərində 7 fəhlənin iş zamanı ölməsidir.


O.M.