Qobustanda ağır yol qəzası baş verib

Qobustanda ağır yol qəzası baş verib

5 Oktyabr 2011 12:47
923
Bəyəndim (0) Bəyənmədim (0)

Qobustan rayonunda, Bakı-Şamaxı avtomobil yolunun 90-cı kilometrliyində "Mercedes" və "Daewoo" markalı 2 minik avtomobili toqquşub. Nəticədə, "Mercedes" markalı avtomobilin sürücüsü və sərnişin, həmçinin, "Daewoo" markalı avtomobilin sürücüsü və avtomobildə olan 3 sərnişindən ikisi yaralanaraq deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə qalıb, "Daewoo" markalı avtomobildə olan digər sərnişin, 1967-ci il təvəllüdlü Hümbətov Ağasəf Aslan oğlu isə həlak olub. Hadisə yerində cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları və A.Hümbətovun cəsədini nəqliyyat vasitəsindən çıxarıb.

Sürət məsafəni yox, ömrü qısaldır.

Tofiq Əliyev

O.M.