“Facebook”-un şəriki odun satan imiş

“Facebook”-un şəriki odun satan imiş

16 Aprel 2011 13:19
Bəyəndim (0) Bəyənmədim (0)
Sayt ona məxsusdur?

Nyu-Yorkda odun satıcısı işləyən Paol Seqlia "Facebook"un yarı hissəsinin özünə aid olduğunu bildirib, qarşı tərəfi məhkəməyə verdi. Seqlianın dünyanın ən böyük sosial şəbəkəsi üçün ortaya atdığı iddiasının hekayəsi 2003-cü ilə söykənir. Zukkerberqlə (saytın prezidenti) bir zamanlar kompüter işləri görən Paol ona "The Face Book" və ya "The Page Book" adlı sayt açmaq fikrində olduğunu söyləmişdi. Sonradan bu işə birlikdə başlamaq üçün 2004-cü ildə müqavilə imzalayan tərəflər arasından deyəsən, qara pişik keçibmiş. Hazırda həmin müqavilə əsasında Paol "Facebook"un 50 %-nin ona aid olduğunu iddia edir.

Saytdan verilən açıqlama isə bu cür olub: "Paol eks məhbusdur. O, müştərilərini aldadaraq, onlardan pul almış, əvəzində də odun verməmişdi. Elə buna görə də həbs olunmuşdu. Paol Seqlia saxtakardır".

Dəyəri 55 milyard dollar olan bu saytın nə vaxtsa bir odun satıcısına məxsus olduğu heç ağlınıza gələ bilərdimi? Həmişəki kimi oyunçu apardı, odunçu yox.

Günel Həbib

O.M.