"Samsung Electronics" "Apple"ni məhkəməyə verdi

"Samsung Electronics" "Apple"ni məhkəməyə verdi

5 Oktyabr 2011 11:20
Bəyəndim (0) Bəyənmədim (0)
Məqsəd yeni "iPhone 4S" telefonlarının satışdan çıxarılmasıdır

Cənubi Koreyanın "Samsunq" brendi /Samsung Electronics/ Apple firmasının yeni modeli olan iPhone 4S telefonlarının satışdan çıxarılmasına çalışır. Bu barədə səhər saatlarında Cənubi Koreyanın "Çoson İlbo" qəzeti məlumat verib. Məlumata görə, Samsunq rəsmisi fikrini belə izah edib: "Biz məhkəmə yolu ilə yeni smartfonların beynəlxalq səviyyədə satışına qadağa qoyulmasına çalışacağıq. Belə ki, onlar bizim brendin bəzi parametrlərini oğurlayıblar. Bunu təsdiq etmək üçün ekspertiza təyin olunmalıdır. "

Son zamanlar Samsunq smartfon telefonları bazarında Apple şirkətinə ciddi rəqib olub. Bu da iki şirkət arasında rəqabəti və qarşılıqlı ittihamları artırıb. Nəticədə Samsunqun Almaniyada istehsal olunan planşet kompüterləri satışdan çıxarılıb. Hal-hazırda dünyanın müxtəlif ölkələrində bu iki şirkət arasında məhkəmə çəkişmələri davam edir. Hətta sentyabr ayının sonlarında Samsunqun vitse-prezidentlərindən biri rəqiblərinə total müharibə elan edəcəklərini bildirib.

Telefon şirkətləri barədə xoşagəlməz xəbərlər eşitsəniz də, telefonda həmişə xoş xəbərlər eşidəsiniz...

Hafiz Əhmədov

O.M.