Suriya Prezidenti 6 saat ərzində İsraili bombalayacaq

Suriya Prezidenti 6 saat ərzində İsraili bombalayacaq

5 Oktyabr 2011 10:50
1 610
Bəyəndim (0) Bəyənmədim (0)
İran isə Fars körfəzindəki ABŞ hərbi gəmilərini hədəfə alacaq

Suriya prezidenti Qərb ölkələrinə ultimatum verdi. O, dünən Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoğlu ilə görüşündə açıq-aydın NATO-ya meydan oxudu. Prezident dedi: "NATO qoşunlarını Suriyaya yerləşdirsə, Dəməşq Tel-Əvivə intensiv hava raketləri yağdıracaq. Cəmi 5 saatın ərzində biz Tel-əvivə və Holan yüksəkliklərinə yüzlərlə raket buraxa bilərik." Bəşər Əsəd həmçinin onu da əlavə etdi ki, NATO-nun müdaxiləsi baş verərsə, İran da öz növbəsində Fars körfəzindəki ABŞ hərbi gəmilərini hədəfə alacaq.

Xatırladaq ki. Suriyanın məsələsinə bu gün BMT Təhlükəsizlik Şurasında baxılacaq. Təqdim olunan sənəddə Suriya iqtidarı kəskin tənqid olunsa da, bu ölkəyə qarşı tətbiq ediləcək sanksiyalar hələlik gündəlikdən çıxarılıb. Qanun layihəsinin müəllifləri - Fransa, Almaniya, Portuqaliya, Böyük Britaniya Suriyada hər cür güc tətbiqinin və ekstremizmin dayandırılmasını tələb edirlər.

Qərb demokratiyası Şərq diktaturasının güzgüsüdür...

Hafiz Əhmədov

O.M.