Bakıda qanunsuz məktəbli forması istehsal edən sex aşkarlanıb

Bakıda qanunsuz məktəbli forması istehsal edən sex aşkarlanıb

5 Oktyabr 2011 10:41
1 171
Bəyəndim (0) Bəyənmədim (0)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları qanunsuz məktəbli forması istehsalı ilə bağlı Komitəyə daxil olmuş şikayət məktubu əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi ev 2B ünvanında yerləşən tikiş sexində dövlət nəzarəti tədbirləri həyata keçirib. Araşdırma zamanı müəyyən edilib ki, fiziki şəxs İradə Abbasovaya məxsus tikiş sexində normativ sənədi olmadan məktəbli forması istehsal olunur. Belə ki, tikiş sexinin rəhbəri hazır məhsulun olmadığını bildirsə də, sexə baxış zamanı I mərtəbədə müxtəlif ölçülərdə kəsilmiş 72 ədəd məktəbli formasının hissələri aşkar edilib. Aşkar edilmiş qanun pozuntusu ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən protokol tərtib edilib, iki min manat məbləğində cərimə tətbiq edilib. Qərar icra edilməsi üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Sabunçu rayonu İcra şöbəsinə göndərilib.

Qanun qanunsuz iş tutanları cəzalandırdı.

Fərid Qurbanov

O.M.