Liviyada şiddətli döyüşlər davam edir

Liviyada şiddətli döyüşlər davam edir

15 Aprel 2011 17:35
Bəyəndim (0) Bəyənmədim (0)

Frans-press agentliyinin verdiyi məlumata görə, Qəddafi qoşunları günorta saatlarından etibarən Əcdəbiyyə şəhərini toplardan və pulemyotlardan atəşə tutub. Üsyançılardan bir nəfərin öldüyü, beşinin isə yaralandığı bildirilib.

Üsyançı qüvvələrin rəhbərlərindən olan Mənsur Raşid Qəddafi ordusunun şəhərin qərb hissəsindən atəş açdıqlarını söyləyib.

Raşid, "Maşında idilər, bizi atəşə tutdular və qaçdılar. Onları təqib etsək də, yaxalaya bilmədik", - deyib.

Bu, lap gizlənqaç oyununa bənzəyir. Qərb qüvvələri "alma" deyəndə çıxırlar, "armud" deyəndə gizlənirlər. Vətəndaş müharibəsi isə tam gücü ilə davam edir...

Hafiz Əhmədov

O.M.