Mixail Saakaşvilinin facebook səhifəsi şikayət edildi

Mixail Saakaşvilinin facebook səhifəsi şikayət edildi

5 Oktyabr 2011 09:33
Bəyəndim (0) Bəyənmədim (0)
Görəsən, bu, hakerlərin işi imiş?

Çərşənbə axşamı gününün axşamı Gürcüstan prezidenti Mixail Saakaşvilinin facebook səhifəsi bir neçə saatlığına fəaliyyətini dayandırdı. Prezidentin mətbuat xidmətindən yayılan xəbərə görə, onun səhifəsini minlərlə istifadəçi şikayət etdikdən sonra səhifə bağlandı. Sonradan məlum oldu ki, şikayətlər saxtadır və hakerlər tərəfindən hazırlanaraq virus şəklində artır. Prezident Administrasiyasının rəhbərinin müavini İrma Nadiraşvili bildirir ki, 4 oktyabr günü prezidentin rəsmi saytında facebook səhifəsinə keçid yerləşdirildi. Bu isə virusun sürətlə yayılmasına səbəb oldu. Gürcüstan Təhlükəsizlik şurasının üzvləri bunu təxribat adlandıraraq, 7 oktyabrda Fransa prezidentinin Gürcüstan səfəri ilə əlaqələndirirlər. Belə ki, Nikola Sarkozinin Azadlıq meydanından gürcü xalqına müraciəti məhz Saakaşvilinin facebook səhifəsi vasitəsilə canlı olaraq yayımlanacaq.

Siyasət şou biznesin ayrılmaz parçasıdır. Böyük tədbirlərdən qabaq qalmaqal hazırlanır...

Hafiz Əhmədov

O.M.