Tel-Əviv şəhərində oğru dalınca qaçan lüt adam

Tel-Əviv şəhərində oğru dalınca qaçan lüt adam

4 Oktyabr 2011 22:43
Bəyəndim (0) Bəyənmədim (0)
Dünəndən bəri bütün İsrail ondan danışır

Dünən İsrailin Tel-Əviv şəhərinin mərkəzində - Dizenqrof küçəsində çılpaq bir adam sakinlərin diqqətini cəlb etməyə başladı. O, qışqıra-qışqıra harasa qaçırdı. İşə qarışan polis dərhal sakinləri sakitləşdirməyə çalışdı. Məlum oldu ki, lüt adam seksual manyak, pozğun adam və ya nudist deyil. Sadəcə, evini qarət edən oğrunun dalınca qaçırmış. Sonradan məlum oldu ki, o, Nir adlı 30 yaşlı İsrail vətəndaşıdır.

Hadisə belə baş vermişdi. Səhər qaçışından gələn Nir tərli paltarlarını soyunduqdan sonra evdə nələrinsə çatışmadığını hiss etdi. Polisə zəng vurmaq istəyərkən mobil telefonunun evdə olmadığını gördü. Dərhal interneti açıb Skype ilə məlumat verdi.

"Israel Hayom" qəzetinin yazdığına görə, birdən hamamdan telefonun zəngi eşidildi. Nir oğrunun evdə olduğunu başa düşüb onun dalınca götürüldü. Nəhayət, küçədə onu tuta bildi. Lakin polis oğru ilə bərabər onu da şöbəyə aparmalı oldu. Məlum oldu ki, Nir artıq 4-cü dəfədir qarət olunur.

Oğru adamı lüt qoymasa, əl çəkən deyil. Gözütox insan ancaq qəlb oğrusu ola bilər...

Hafiz Əhmədov

O.M.