Türkiyə Təhsil Nazirliyi şagirdlərə erməni təbliğatı aparır

Türkiyə Təhsil Nazirliyi şagirdlərə erməni təbliğatı aparır

4 Oktyabr 2011 21:15
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyə məktəblərində Ağrı dağı erməni ərazisi kimi göstərilir

Türkiyənin Gürbüz mətbəəsinin çap etdiyi xəritələrdə Ağrı dağı indiki Ermənistan ərazisi daxilində göstərilib. Haberiniz.com saytının müxbiri Fəxrəddin Öztoprak bu barədə "Təhsil Nazirliyinin xəyanətinə və məsuliyyətsizliyinə kim son qoyacaq" başlıqlı məqaləsində yazır: "2011-2012-ci tədris ili üçün Gürbüz mətbəəsi Türkiyənin fiziki xəritəsini çap edib. Orada Ağrı dağı Ermənistan ərazisində göstərilib. Məgər bu vətənə və dövlətə xəyanət deyilmi? Məgər bu 1920-ci ildə imzalanan Aleksandropol müqaviləsinin zibil qutusuna atılması deyilmi?"

Xatırladaq ki, ibtidai və orta sinif şagirdləri üçün nəzərdə tutulan həmin dərs vəsaiti Türkiyə Təhsil Nazirliyi tərəfindən təsdiq olunub. Hələ 2007-ci ildə 11 sinif şagirdləri üçün nəzərdə tutulan coğrafiya kitabında Ağrı dağı ermənilərin deyimi ilə Ararat kimi qeyd olunmuşdu. Sonradan ictimaiyyətin təzyiqi altında bu səhv aradan qaldırıldı. Lakin bir müddət keçmiş yenisi ilə əvəz olundu.

Ulu öndər M.K.Atatürk zamanında demişdir: "Türkün türkdən başqa dostu yoxdur." AKP iqtidarı isə demək istəyir ki, türkün düşməni də elə türkdür...

Natiq Qocaman

O.M.